Ukraynada saxlanılan rusiyalılarla bağlı təfərrüatlar
Ukraynada saxlanılan rusiyalılarla bağlı təfərrüatlar açıqlanıb
Ajans.az lenta ru-ya istinadən xəbər verir ki,Ukraynanın Sumı vilayətində hələ də Kursk vilayətindən aparılmış 30 nəfər Rusiya sakini qalmaqdadır. Rusiyalıların saxlanma şəraiti ilə bağlı təfərrüatları Rusiya İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova açıqlayıb. “Sumıya köçürülmüş Kursk vilayətindən olan 30 girov — Rusiya vətəndaşı — hələ də Ukrayna ərazisində qalır,” — deyə Moskalkova bildirib.
Beynəlxalq Qırmızı Xaç Komitəsindən əldə olunan məlumatlara əsasən, Ukraynada saxlanılan rusiyalılar ərzaq və dərman vasitələri ilə təmin olunublar.
Lakin ombudsman qeyd edib ki, bu, onların taleyi ilə bağlı narahatlığı azaltmır. “Ümid edirik ki, İstanbul formatında Ukrayna tərəfinin verdiyi vədlər və razılaşmalar çərçivəsində onların azad olunması baş tutacaq,” — deyə Moskalkova əlavə edib.
Bundan əvvəl Moskalkova Roma Papasına məktub ünvanlayaraq, Ukrayna ərazisində saxlanılan mülki Rusiya vətəndaşlarının geri qaytarılmasına yardım göstərməsini xahiş etmişdi.