Reklam resmi
Reklam resmi

Tramp Dünya Çempionatında

Tramp Dünya Çempionatında
Dünya

Tramp FIFA Klublararası Dünya Çempionatının finalında həm alqışlarla, həm də fit səsləri ilə qarşılandı.

Ajans.az axios-a istinadən  xəbər verir ki, prezident Tramp bazar günü Nyu-Cersi ştatının East Rutherford şəhərində keçirilən FIFA Klublararası Dünya Çempionatının finalında Çelsiyə futbol kubokunu təqdim etməyə kömək edib. Bu hadisə, eyni zamanda, Pensilvaniya ştatının Batler şəhərində onun həyatına sui-qəsd cəhdindən bir il keçdiyi günə təsadüf edib

Tramp oyunun əvvəlində alqışlarla qarşılanmışdı, lakin MetLife Stadionunda oyundan sonra kubok və ikinci yer medallarını Paris Sen-Jermenə təqdim edərkən həm fit səsləri, həm də alqışlarla qarşılaşıb. Çelsi bu oyunu 3:0 hesabı ilə qazanmışdı.

Mövzular:
FIFA Dünya Çempionatı

Digər Xəbərlər