Reklam resmi
Reklam resmi

Zalujnı: Ukrayna müharibəyə uzun müddət dözməyəcək

Zalujnı: Ukrayna  müharibəyə uzun müddət dözməyəcək
Dünya

Ukraynanın Rusiya ilə silahlı münaqişədə davam gətirməsi böyük ehtimalla mümkün olmayacaq. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı və hazırda Birləşmiş Krallıqda səfir olan Valeriy Zalujnı öz YouTube kanalında bildirib.

Ajans.az lenta ru-ya istinadən xəbər verir ki,  “Okeşəkli texnologiyaların olmaması səbəbindən müdafiə imkanlarının tam spektri ilə özünü təmin edə bilməməsi, müharibə şəraitində uzunmüddətli müqavimət göstərmək imkanını sual altına qoyur”, – deyə sabiq baş komandan vurğulayıb.

Zalujnı Ukraynanın Rusiya ilə qarşıdurmadakı şanslarını qiymətləndirərək Qərbdən kifayət qədər hərbi yardım gözləməklə bağlı “son dərəcə ehtiyatlı” olmaq lazım olduğunu bildirib. General qeyd edib ki, mövcud şəraitdə Ukrayna həm köhnəlmiş, həm də yeni silahların “meqa sifarişçisi”nə çevrilib. Onun fikrincə, ölkədə müdafiə-sənaye kompleksinin inkişafı “Ukraynanın zərbəyə tab gətirməsinə ümid verir”.

Daha əvvəl Zalujnı ABŞ-dan Ukrayna Silahlı Qüvvələrinə köhnə raketlərin verilməsini xahiş etmişdi. O əlavə edib ki, bu raketlərin böyük əksəriyyəti qarşıdakı 25 ildə istifadə üçün nəzərdə tutulub.

Mövzular:
Zalujnı ukrayna

Digər Xəbərlər