Reklam resmi
Reklam resmi

Tramp Ukraynaya raket göndərir

Tramp Ukraynaya raket göndərir
Dünya

Tramp Ukraynaya 'Patriot' raket sistemləri göndərir, xərcləri isə Aİ (Avropa İttifaqı) qarşılayacaq.

Ajans.az dw.com-a istinadən xəbər verir ki,bu açıqlama Birləşmiş Ştatların Ukraynaya silah tədarükünü dayandırmasından cəmi iki həftə keçməmiş verilib. Donald Tramp sülh danışıqlarında irəliləyişin olmamasına görə Rusiya Prezidenti Vladimir Putindən narazı qalıb.

ABŞ Prezidenti Donald Tramp bazar günü bildirib ki, Rusiya işğalına qarşı mübarizədə Ukraynaya kömək etmək üçün Birləşmiş Ştatlar bu ölkəyə "Patriot" hava hücumundan müdafiə sistemləri göndərəcək.

Vaşinqton yaxınlığındakı Endryus birgə hərbi bazasında jurnalistlərə danışan Tramp, Ukraynaya neçə sistem göndəriləcəyini dəqiq açıqlamayıb.

"Biz onlara 'Patriot' sistemləri göndərəcəyik, çünki buna çox böyük ehtiyacları var. Putin bir çox insanı təəccübləndirdi. O, sakit danışır, amma axşam hər kəsi bombalayır. Amma burada bir az problem var. Mən bunu bəyənmirəm," – Tramp deyib.

Mövzular:
raket ukrayna tramp

Digər Xəbərlər