Ağcabədidə yol qəzası: Xəsarət alan var-FOTO
Ağcabədidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər xəsarət alıb.
Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, qəza rayonun Heydər Əliyev prospektində baş verib. Yüksək sürətlə hərəkətdə olan "Lada Niva" markalı, 99-TT-392 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarındakı elektrik dirəyinə çırpıb.
Qəza nəticəsində sürücü xəsarət alıb və Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Mövzular: