Reklam resmi
Reklam resmi

Sumqayıtda qayınatasını qətlə yetirən şəxs saxlanıldı

Sumqayıtda qayınatasını qətlə yetirən şəxs saxlanıldı
Kriminal

İyulun 12-də gecə saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1970-ci il təvəllüdlü Arif Bağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan Ajans.az-a verilən məlumata görə, araşdırma zamanı 1998-ci il təvəllüdlü Nurulla Mərdanovun Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində aralarında yaranmış mübahisə zamanı qayınatası Arif Bağıyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nurulla Mərdanov iş üzrə şübhəli şəxs qismində tutulub.

    İbtidai istintaq davam etdirilir.

    Mövzular:
    Sumqayıt qətl bıçaqlanma polis qayınata

    Digər Xəbərlər