ABŞ tariflərindən bu Avropa plkələri daha çox ZƏRƏR GÖRƏCƏK
ABŞ-nin artan ticarət tariflərindən ən çox Almaniya və İrlandiya iqtisadiyyatı əziyyət çəkəcək.
Ajans.az xəbər verir ki, bu barədə "Euronews"dakı məqalədə qeyd olunur.
Məqalədə bildirilir ki, Brüssel Vaşinqtonla sövdələşmə üzərində işləyir, lakin təfərrüat açıqlanmır. Məlumata görə, dərmanlara gömrük rüsumları 200%-ə çata bilər.
ABŞ prezidenti Donald Tramp aprel ayında Aİ-dən avtomobil və avtomobil hissələrinin idxalına 25% rüsum tətbiq edəndə Almaniya digər Avropa ölkələrindən daha çox itkiyə məruz qalıb. Brüsseldə yerləşən "Bruegel" beyin mərkəzi hesab edir ki, uzunmüddətli perspektivdə tariflər ölkənin ÜDM-nin 0,4%-ni təşkil edə bilər.
Vaşinqton əczaçılıq sektorunu hədəf alsa, ilk növbədə İrlandiya, Danimarka və Belçika risk altında olacaq.
Mövzular: