Reklam resmi
Reklam resmi

Moskvaya uçan pilotsuz uçuş aparatı MƏHV EDİLDİ

Moskvaya uçan pilotsuz uçuş aparatı MƏHV EDİLDİ
Dünya

Moskvaya uçan pilotsuz uçuş aparatı məhv edilib.

Ajans.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, hazırda PUA-nın hissələrinin düşdüyü yerdə xüsusi xidmətlərin əməkdaşları işləyir.

Moskva meri son dörd saat ərzində paytaxta uçan ümumilikdə dörd PUA-nın məhv edildiyini də vurğulayıb. Qeyd edək ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi -Rosaviasiya Moskvanın “Domodedovo”, “Vnukovo” və “Jukovski” hava limanlarında təyyarələrin uçuş və enişinə müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb.

Mövzular:
Rusiya Ukrayna hərbi münaqişə Moskva PUA hücum

Digər Xəbərlər