Reklam resmi
Reklam resmi

Almaniya kansleri Trampa müraciət edib

Almaniya kansleri Trampa müraciət edib
Dünya

Almaniya kansleri Fridrix Mers ABŞ prezidenti Donald Trampa müraciət edərək, amerikalılarla ortaq maraqları bölüşən avropalılarla müttəfiqlikdə qalmağa çağırıb

Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, onun Romada keçirilən konfransdakı çıxışının yayımı DRM News-un YouTube kanalında təqdim olunub.   “O bizimlə, avropalılarla qalın. Bizim ortaq maraqlarımız var, bu dünyada sabit siyasi nizamın formalaşmasına çalışırıq. Biz – amerikalılar və avropalılar – bir yerdəyik”, – deyə Almaniya hökumət başçısı bildirib.

Bundan əvvəl Mers Trampa Berlindən Ukrayna üçün ABŞ istehsalı olan Patriot hava hücumundan müdafiə sistemlərini almağa hazır olduqlarını da çatdırmışdı.

Mövzular:
almaniya kansler

Digər Xəbərlər