Reklam resmi
Reklam resmi

Ukrayna ilə bağlı son məlumatlar: 750dron və raket atdı

Ukrayna ilə bağlı son məlumatlar: 750dron və raket atdı
Dünya

Rusiya təxminən 750 dron və raket atıb.

Ajans.az dw.com-a istinadən xəbər verir ki, Rusiya gecə saatlarında yüzlərlə dron və raketlə hücum etdikdən sonra Kiyev sərt sanksiyalar çağırışı edib. ABŞ Prezidenti Tramp isə Rusiyanı sülh istəməməkdə ittiham edərək Ukraynaya daha çox Patriot raketlərinin göndərilməsini təsdiqləyib. Kiyev Hərbi Hava Qüvvələri çərşənbə günü bildirib ki, Rusiya gecə saatlarında Ukraynanın qərbindəki hədəflərə ümumilikdə 728 dron və 13 raket atıb. 

Kiyev iddia edir ki, Ukrayna hava hücumundan müdafiə sistemləri bu dronlardan azı 711-ni və 7 raketi məhv edib.

ABŞ Prezidenti Donald Tramp Ukraynaya daha çox Patriot raket sistemlərinin göndərilməsini təsdiqlədiyini bildirib və qeyd edib ki, Ukrayna özünü müdafiə edə bilməlidir.

Mövzular:
rusiya ukrayna

Digər Xəbərlər