Ajans.az xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social" platformasında paylaşım edib.

"Bu gün və sabah, eləcə də sonrakı günlərdə göndərilən məktublara əsasən, tariflər 2025-ci il avqustun 1-dən ödənilməyə başlayacaq", - Tramp yazıb. O əlavə edib ki, bu müddət dəyişməyəcək və heç bir gecikmə olmayacaq: "Bütün pullar 2025-ci il avqustun 1-də ödənilməlidir".

İyulun 7-də isə Tramp tariflərin qüvvəyə minməsi ilə bağlı verdiyi bəyanatda, avqustun 1-dən sonra bu addımın atılmasına icazə verdiyini qeyd edib. Tariflərin tətbiqinə dair suala cavabında, o, belə deyib: "Xeyr, deyərdim ki, çətin, lakin 100% çətin deyil. Əgər tərəfdaşlarımız zəng edib fərqli bir şey etmək istədiklərini bildirərlərsə, biz buna açıq olacağıq. Amma hazırda işlər belədir".

Daha əvvəl Tramp ticarət sazişlərinin bağlanması üçün son müddəti iyulun 9-dan avqustun 1-nə qədər uzatmışdı.