Reklam resmi
Reklam resmi

Türkiyədə daha bir bələdiyyə sədri HƏBS EDİLDİ

Türkiyədə daha bir bələdiyyə sədri HƏBS EDİLDİ
Dünya

Türkiyənin Antalya vilayətinin Manavqat Bələdiyyəsinin sədri Niyazi Nefi Kara həbs edilib.

Ajans.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Manavgat Respublika Prokurorluğunun apardığı rüşvət, haqsız qazanc və korrupsiya istintaqı çərçivəsində Manavgat Bələdiyyəsində əməliyyat keçirilib.

Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları bələdiyyə binasında axtarış başlatdı. Partiya üzvləri bələdiyyə binası qarşısına toplaşmağa başlayarkən, çevik qüvvət qrupları binanın ətrafında tədbir görüb. CHP Bələdiyyə Başçısı Niyazi Nefi Kara da daxil olmaqla bir çox adam haqqında həbs qərarı olduğu öyrənilib.

Manavgat Bələdiyyəsinə qarşı aparılan “rüşvət” istintaqı çərçivəsində saxlanılan və bu gün Manavgat Ədliyyəsinə sövq edilən bələdiyyə sədri Niyazi Nefi Kara gətirildiyi məhkəmə hakiminin qərarı ilə həbs edilib.

Ümumilikdə isə Manavqat Bələdiyyəsi ilə bağlı rüşvət istintaqı çərçivəsində saxlanılan 31 şübhəlidən 25-i həbs edilib.

Qeyd edək ki, daha əvvəl Manavqat Bələdiyyə sədrinin müavini Mehmet Engin Tüter paxlava qutusunda 110 min avro rüşvət aldıqdan sonra saxlanılıb.

Mövzular:
Türkiyə bələdiyyə vilayət Manavqat həbs

Digər Xəbərlər