Reklam resmi
Reklam resmi

Paraşütlə qayalığa çırpılaraq ölən Nuranənin FOTOLARI

Paraşütlə qayalığa çırpılaraq ölən Nuranənin FOTOLARI
Cəmiyyət

Xəbər verdiyimiz kimi, iyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılan şəxs ölüb.

Ajans.az xəbər verir ki, ilkin məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda yaşayan 1989-cu il təvəllüdlü Məcidova Nuranə Tofiq qızı dağın zirvəsindən paraşüt ilə uçan zaman küləyin istiqamətini düzgün tənzimləməyərək, idarəetməni itirdiyindən qayalıqlara çırpılaraq ölüb.

Faktla əlaqədar əməliyyat-istintaq qrupu və rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Məcidova Nuranə Tofiq qızının cəsədi müayinə olunması üçün aidiyyəti üzrə Şabran Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

Nuranənin fotolarını təqdim edirik: 

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
Nuranə Paraşüt qayalıq ölüm

Digər Xəbərlər