Reklam resmi
Reklam resmi

Arxa yan şüşələri tünd qara olan avtomobillərin ÖLKƏYƏ İDXALI QANUNİDİR

Arxa yan şüşələri tünd qara olan avtomobillərin ÖLKƏYƏ İDXALI QANUNİDİR
Cəmiyyət
546

Ölkəyə idxal olunan avtomobillərin arxa, yan şüşələri zavod istehsalı qara, tünd şüşələr olduğu təqdirdə onların idxalında problemin yaranması ilə bağlı Ajans.az-a müraciət daxil olmuşdur. Ajans.az müraciəti araşdırmaq üçün Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlayıb.

Dövlət Gömrük Komitəsindən Ajans.az-a bildirilib ki, avtomobillərin gömrük rəsmiləşdirilməsi zamanı belə qadağa yoxdur. Yəni, arxa, yan şüşələri qara-tünd rəngli avtomobillərin ölkəyə daxil olması ilə əlaqədar heç bir məhdudiyyət yoxdur. 

Rəsmi açıqlamadan belə qənaətə gəlmək olar ki, bu cür hallar ilə qarşılaşan vətəndaşlar və sahibkarlar bilməlidir ki, belə avtomobillərin idarə edilməsində heç bir qadağa tətbiq edilə bilməz. Hər bir şəxs bu tip  avtomobilləri rahatlıqla idarə edə bilər. 

Əgər, bu cür avtomobillərin idarə edilməsində heç bir problem yoxdursa və hər şey  qanuna uyğun həyata keçirilirsə, belə avtomobillərin ölkəyə gətirilməsində də məhdudiyyət qoyula bilməz. Ajans.az bu məsələni  Dövlət Gömrük Komitəsi ilə birlikdə bir daha təsdiq edir.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

author picture
Zərif Sofiyeva
Mövzular:
Avtomobil Dövlət Gömrük Komitəsi İdxal

Digər Xəbərlər