Böyük Britaniya döyüş təyyarələri istehsalını DAYANDIRDI
Böyük Britaniyanın “BAE Systems” şirkəti sifarişlərin olmaması səbəbindən “Eurofighter Typhoon” döyüş təyyarələrinin istehsalını müvəqqəti dayandırıb.
Ajans.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Məlumata görə, şirkət 2017-ci ildə imzalanmış 5 milyard funt-sterlinqlik müqavilə çərçivəsində son təyyarələrini Qətərə təhvil verməyə hazırlaşır.
Bildirilir ki, hazırda təyyarə zavodunda yekun montaj üçün yalnız bir qırıcı qalıb.
Mövzular: