Ajans.az xəbər verir ki, bu barədə Meksikanın “Azteca” telekanalı məlumat yayıb.

Məlumata görə, 3 minik avtomobili, bir avtobus və bir yük maşını nəhəng çuxura düşüb. Xoşbəxtlikdən avtomobillərdə olanlardan heç kim xəsarət almayıb.

Hadisəyə güclü yağışın səbəb olduğu ehtimal edilir.

Ərazidə bərpa işlərinə başlanılıb.