Reklam resmi
Reklam resmi

Hizbullah təlim bazasına hücum ETDİ

Hizbullah təlim bazasına hücum ETDİ
Dünya

Livanın "Hizbullah" hərəkatı Təl-Əvivin cənub-şərqində İsrail xüsusi təyinatlılarının təlim düşərgəsinə hücum edib.

Ajans.az xəbər verir ki, bu barədə "Al Mayadeen" televiziya kanalı hərəkatın açıqlamasına istinadən bildirib.

"Livan müqaviməti Təl-Əviv yaxınlığındakı Adam xüsusi təyinatlılarının təlim düşərgəsinə müasir raketlərlə hücum etdiyini açıqlayıb", - deyə bildirilib.

Qeyd edək ki, sentyabrın sonundan etibarən İsrail Livanın cənubunda və Beyrutda fəal şəkildə hava hücumları həyata keçirir və Hizbullahın infrastrukturunu məhv edir.

Mövzular:
Livan hücum Hizbullah

Digər Xəbərlər