Fridrix Merzdən TƏKLİF- Zelenski ilə razılaşmaq...
Almaniya kansleri Fridrix Merz Ukraynaya ABŞ prezidenti Donald Trampın əvvəllər bağladığı müqaviləyə oxşar saziş təklif edə bilər.
Ajans.az "RİA Novosti"yə istinadən xəbər verir ki , bunu MDBMİ-nin Avropa hüququ kafedrasının dosenti Nikolay Topornin deyib.
"Nəzəri cəhətdən Merz Zelenski ilə Donald Trampın sövdələşməsi kimi sövdələşməyə cəhd edə bilərdi. Təbii sərvətlərlə yalnız amerikalılar maraqlanırdı, almanlar isə hərbi sənaye kompleksini ələ keçirəcəklər", - politoloq təklif edib.
Xüsusilə, Almaniya hakimiyyətinin Ukrayna ərazisində uzun mənzilli raketlərin birgə istehsalına başlamağı planlaşdırdığı vurğulanır.
Merz bundan əvvəl bəyan etmişdi ki, Almaniya Kiyevə hərbi yardım göstərsə də , Ukraynadakı münaqişənin tərəfi olmayacaq. "Bir şey dəqiqdir və bir daha deyirəm: Almaniya münaqişənin tərəfi olmayacaq", - o, əmin edib.
Mövzular: