Türkiyədə təyyarə qəzaya uğradı, iki nəfər itkin düşdü
Türkiyədə təyyarə qəzası baş verib.
Ajans.az “CNN Türk”ə istinadən xəbər verir ki, Əskişəhərdən havaya qalxan “M20J” tipli tək mühərrikli təyyarə Ərzurum-Bayburt-Rizə sərhədində qəzaya uğrayıb.
Təyyarədə olan pilot Mehmet Demirci və Hicran Kayanın itkin düşdüyü bildirilir.
Axtarış-xilasetmə işləri davam edir.
Mövzular: