Palata Trampın “böyük qanun layihəsi” üzərində işə başladı
ABŞ Senatında gərgin və bərabərliklə nəticələnən səsvermədən sonra Prezident Donald Trampın vergi və miqrasiya qanun layihəsi – “Bir Böyük, Gözəl Qanun” (One Big Beautiful Bill) – çərşənbə axşamı Nümayəndələr Palatasında müzakirəyə çıxarılıb.
Ajans.az abc news-a istinadən xəbər verir ki, Trampın qanun layihəsi Senatda 50-50 səslə bərabərliklə nəticələndi və vitse-prezident C.D. Vance-in həlledici səsi ilə qəbul olunaraq Nümayəndələr Palatasına göndərildi.
Senatorlar Tom Tillis, Rand Paul və Syuzan Kollinz – hər biri Respublikaçıdır – bu qanun layihəsinə qarşı səs verib. Demokratların da yekdilliklə əleyhinə çıxması nəticəsində bərabərlik yaranıb.
Layihə çərşənbə günü səhər saatlarında Nümayəndələr Palatasının Qaydalar Komitəsində 7-6 səs nisbəti ilə qəbul olunub. Komitədə qəbuldan sonra qanun layihəsi palata müzakirəsinə çıxarılacaq.
Mövzular: