Reklam resmi
Reklam resmi

Həqiqi mənada göydən pul yağdı - VİDEO

Həqiqi mənada göydən pul yağdı - VİDEO
Dünya

ABŞ-nin Miçiqan ştatının Detroit şəhərində sözün əsl mənasında göydən pul yağıb.

Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, göydən düşən yüzlərlə dollar sakinləri həm təəccüblənib, həm də təsirləndirib.  

Belə ki, iyunun 15-də 58 yaşında vəfat edən Darrell Tomas adlı kişinin xatirəsinə ehtiram olaraq, helikopterləgöydən yerə pul səpələyiblər. 

Tomas ailəsinə sədaqəti, qonşuları ilə möhkəm əlaqələri və klassik avtomobillərə olan həvəsi ilə tanınırdı. Onun xatirəsini yaşatmaq istəyən oğulları bu vida mərasimini təşkil ediblər.  Atalarının xatirəsini ehtiramla yad etmək və onun camaata olan sevgisini son dəfə göstərmək üçün onun sahibi olduğu avtoyuma məntəqəsinin yanında vertolyotla pul paylayıblar.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
pul ABŞ Miçiqan helikopter

Digər Xəbərlər