Reklam resmi
Reklam resmi

Kreml azərbaycanlıların saxlanması ilə bağlı vəziyyəti şərh edib

Kreml azərbaycanlıların saxlanması ilə bağlı vəziyyəti şərh edib
Gündəm

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Moskva Azərbaycanla mehriban qonşuluq münasibətlərinin inkişafında maraqlıdır. Yekaterinburqda Azərbaycan diasporunun nümayəndələrinin son həbslərinə Bakının reaksiyasını şərh edən Kreml nümayəndəsi vurğulayıb ki, bu hadisələr Rusiya hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aiddir.

Ajans.az Rusiya mediasına istinadən xəbər verir ki,  bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz Azərbaycanla yaxşı münasibətlərimizi daha da inkişaf etdirməkdə maraqlıyıq”, - deyə TASS xəbər verir.

O qeyd edib ki, təhlükəsizlik qüvvələrinin hərəkətləri diplomatik demarşlara səbəb olmamalıdır, çünki söhbət Rusiya hüquq-mühafizə orqanlarının daxili işindən gedir.

Bundan əvvəl bildirilmişdi ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi Bakının Moskva siyasətini tənqid edən bəyanat yayan “ADR - Rusiyanın Azərbaycan diasporu” Telegram kanalının həqiqiliyini təkzib edib.

author picture
Tərlan Əmrahova
Mövzular:
Rusiya Yekaterinburq Öldürülən azərbaycanlılar Dmitri Peskov

Digər Xəbərlər