Reklam resmi
Reklam resmi

"Hizbullah"ın yeni lideri Naim Qasımdan ilk mesaj

\"Hizbullah\"ın yeni lideri Naim Qasımdan ilk mesaj
Dünya

"Hizbullah"ın yeni lideri Naim Qasım ilk dəfə canlı yayımda açıqlama verib.

Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamasında müharibə planlarının davam edəcəyini bildirən Kasım, “Mənim yolum Nəsrullahın yoludur, mən də onu gedəcəyəm” deyib.

Naim Qasımın açıqlamalarında diqqət çəkən məqamlar belədir:

"Ağır bir yük və etimad əlaməti olan bu məsuliyyəti mənə verdiyi üçün "Hizbullah"a təşəkkür edirəm, etimadı daşıyacağıq. Yəhya Əl-Sinvar Fələstin xalqı və azad dünya üçün qəhrəmanlıq və müqavimət simvolu olub və həmişə belə qalacaq. Liderlərimizin qanı yerdə qalmayacaq. Biz bu yolda irəliləmək əzmindəyik. İsrail 2006-cı ildən bəri hər gün Livana hücum edir.  Biz İsrailin bölgədə həyata keçirdiyi böyük bir layihə ilə üz-üzəyik. Bu, təkcə Livan və Qəzza ilə məhdudlaşmır".

Mövzular:
Naim Qasım

Digər Xəbərlər