Tramp İsrailə rəhbərlik etmək İSTƏYİR?
ABŞ prezidenti Donald Tramp korrupsiyada ittiham olunan baş nazir Benyamin Netanyahunun məhkəməsinin dayandırılmasını tələb etməklə İsrailin daxili işlərinə qarışır,
Ajans.az xəbər verir ki, ABŞ-nin İsraildəki keçmiş səfiri Dan Şapiro Axios-a bildirib.
“Bu, Trampın imperiya kompleksinin təzahürüdür. O, düşünür ki, Fordoya bomba atsa və İsrailə kömək etsə, İsrail hakimlərinə necə idarə etməyi diktə edə bilər”, - diplomat bildirib.
Keçmiş səfir əlavə edib ki, bu vəziyyət ABŞ-nin İsrailin daxili işlərinə açıq-aşkar müdaxiləsidir.
İyunun 26-da Tramp korrupsiyada ittiham olunan “böyük qəhrəman” Netanyahunun məhkəməsini ləğv etməyə çağırıb. O, İsrailin baş nazirini mətanətli və bacarıqlı lider, ölkəsini sevən döyüşçü adlandırıb.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: