Antalyada yanğın: Bir otel, 3 bina yandı
Türkiyənin Antalya şəhərinin mərkəzində yanğın baş verib.
Ajans.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.
Məlumata görə, Qalaiçi rayonunda baş verən yanğın ərazidəki otel və 3 binanı əhatə edib.
Hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib.
Yanğının hansı səbəbdən baş verdiyi bilinmir.
Mövzular: