Rusiyadan İLK: Hava bombaları ilə HÜCUM ETDİLƏR
Rusiya Aerokosmik Qüvvələri (VKS) ilk dəfə olaraq Dnepropetrovskdakı hədəfləri gücləndiricilərlə idarə olunan hava bombaları (KAB) ilə vurub.
Ajans.az xəbər verir ki, bu barədə “Z əməliyyatı: Rusiya baharının hərbi müxbirləri” “Telegram” kanalı məlumat yayıb.
“Uzun məsafələrdə hədəfləri vurmağa imkan verən reaktiv sürətləndiricili bombaların yeni modifikasiyası istifadə edilib”, - hesabatda deyilir. Zərbənin cəbhə xəttindən 100 kilometrdən çox məsafədə aparıldığı dəqiqləşdirilir. Yeniliyin başqa təfərrüatları barədə məlumat verilmir.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: