Bu ölkədə təyyarə qəzası BAŞ VERİB-FOTO
Primoryedə yüngül təyyarə qəzaya uğrayıb, pilot həyatını itirib.
Ajans.az Rusiya mediasına istinadən xəbər verir ki, Primorsk diyarında yüngül ZLIN-142 təyyarəsi qəzaya uğrayıb, pilot həyatını itirib. Bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğu məlumat yayıb .
Qəza iyunun 28-də saat 09:45-də (Moskva vaxtı ilə 02:45) Rusiya vilayətindəki Novonejino dövlət aviasiya aerodromunun yaxınlığında baş verib. Təyyarədə 1967-ci il təvəllüdlü kişi olub.
“İlkin məlumatlara görə, bu təyyarənin sahibi, mərhuma pilotluq məharətini öyrənmək üçün verib”, - prokurorluqdan aydınlıq gətirilib.
Şöbə təyyarə ilə insidentlə bağlı araşdırma təşkil edib. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 2-ci hissəsi (hava nəqliyyatında təhlükəsizlik qaydalarını pozma) ilə cinayət işi açılıb.
Bundan əvvəl məlum olub ki, Rosaviasiya iyunun 27-də Krasnodar diyarında, həmçinin Tver və Tomsk vilayətlərində baş vermiş insidentləri araşdırmağa başlayıb. Bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib. Soçidə iki təyyarənin toqquşmasının səbəbləri , Mi-8P helikopterinin Tver vilayətində məcburi enişi və “Borey” özəl yüngül amfibiya təyyarəsinin Tomsk vilayətində məcburi enişinin səbəbləri araşdırılır.
