Daha bir təyyarə QƏZAYA UĞRADI, ÖLƏNLƏR VAR
Fransada kiçik təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb
Ajans.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Fransanın paytaxtı Parisdən təxminən 100 km aralıda Şartr şəhəri yaxınlığında kiçik təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.
"Təyyarə yaşayış massivinə düşüb. Lakin yaşayış binaları zədələnməyib.", - məlumatda deyilir.
Polis qəzanın baş verdiyi ərazidə araşdırma aparır.
Mövzular: