Rusiya hücum etdi- Bu vilayət işıqsız qaldı
Xerson vilayətinin sakinləri elektrik enerjisinin uzunmüddətli kəsilməsi ilə bağlı xəbərdarlıq ediblər.
Ajans.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Xerson vilayətinin Kiyevin nəzarətində olan hissəsində Rusiya Silahlı Qüvvələrinin enerji obyektlərinə endirdiyi zərbələr səbəbindən elektrik enerjisi kəsilib. Bu barədə öz Teleqram kanalında Kiyev hakimiyyəti tərəfindən təyin edilmiş regional hərbi administrasiyanın rəhbəri Aleksandr Prokudin məlumat verib.
“Hücuma görə bir sıra məskunlaşmış ərazilərdə elektrik təchizatında problemlər yaranıb”, o yazıb.
Prokudin həmçinin sakinləri elektrik enerjisinin uzun müddət kəsiləcəyinə hazır olmağa çağırıb.
Mövzular: