Ukrayna yeni əməliyyatlara hazırlaşır
“Ukrayna ötən il Rusiyaya qarşı sistemli uzaqmənzilli əməliyyatlar planı hazırlayıb”
Ajans.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov məlumat verib.
Nazirin sözlərinə görə, iki həftə əvvəl bu cür əməliyyatların sayının dəfələrlə artırılması barədə qərar qəbul olunub. Hazırda Ukrayna düşmənin arxa cəbhəsindəki kritik hədəflərə dəqiq zərbələr endirmək məqsədilə on minlərlə uzaqmənzilli dronun satın alınması üzərində işləyir. Umerov qeyd edib ki, dronların tədarükü qrafikə uyğun həyata keçirilir və əməliyyatlar gündəlik olaraq təsdiqlənmiş plana əsasən icra olunur.Umerov vurğulayıb ki, xüsusilə dron-interseptorlar (ələ keçirici dronlar) yüksək effektivlik nümayiş etdirib. Ukrayna artıq üç ildir ki, “Şahed”lərə qarşı təsirli qarşıdurma modeli üzərində çalışır və bu müddət ərzində döyüş şəraitində istifadə edilən onlarla texnoloji həll və məhsul hazırlanıb
Mövzular: