ABŞ-nin İrandakı əməliyyatı ilə bağlı YENİ TƏFƏRRÜAT
F-22 beşinci nəsil qırıcıları ABŞ-nin İrandakı xüsusi əməliyyatında B-2 strateji bombardmançı təyyarələri qoruyub.
Ajans.az xəbər verir ki, onların rolu Amerikanın "The National Interest (TNI)" jurnalı tərəfindən açıqlanıb.
Köşə yazarı Brandon Weichertin yazdığı kimi, hava, döyüş qabiliyyəti və gizliliyi ilə tanınan F-22-lər B-2-ləri İranın hava məkanına yaxınlaşarkən müşayiət etmək üçün yerləşdirilib. “Onların əsas missiyası hava məkanını potensial təhlükələrdən təmizləmək, B-2-lərin hədəflərinə çata bilməsini təmin etmək idi”, - nəşr yazır.
Xüsusilə, müəllif iddia edir ki, məhz F-22-lər B-2 marşrutları boyunca İranın döyüş təyyarələri və yer-hava raket sistemlərinin mümkün mövcudluğunu izləyib.
Müşahidəçi qeyd edir:
"F-22-nin digər platformalarla əlaqə qurma qabiliyyəti B-2-lərin minimal rabitə ilə naviqasiya edə bilməsini təmin etdi, aşkarlanma riskini azaldıb".
May ayında The Aviationist bloqu Edvards Hərbi Hava Qüvvələrinin 412-ci Sınaq Qanadının komandiri Duqlas Uikertin iştirak etdiyi podkastdan öyrənib ki, dünyanın ilk beşinci nəsil qırıcısı F-22, nəticədə altıncı nəsil F-47 ilə əvəzlənəcək.