Sakit okeanda 3000 avtomobili daşıyan gəmi yanğından sonra BATDI
Bu ayın əvvəlində yanğınlar səbəbindən Sakit okeanda tərk edilmiş "Morning Midas" gəmisi batıb.
Ajans.az xəbər verir ki, gəminin göyərtəsində üç mindən çox avtomobil olub.
Xatırladaq ki, “Morning Midas” gəmisi yanğından sonra Sakit Okeanın ortasında tərk edilmişdi. Gəminin göyərtəsində üç minə yaxın nəqliyyat vasitəsi olub, onlardan 800-ə yaxını elektrik avtomobilləridir.
Yanğının vurduğu ziyan pis hava şəraiti və sonradan suyun girməsi nəticəsində daha da artıb.
Tərkibində 22 nəfərin olduğu ekipaj özbaşına yanğını söndürməyə çalışsa da, buna nail ola bilməyib. Nəticədə ABŞ Sahil Mühafizəsi insanları yaxınlıqdakı ticarət gəmisinə təxliyə etmək məcburiyyətində qalıb. Bildirilib ki, “Morning Midas” 2025-ci il mayın 26-da Çin limanını tərk edib.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: