Reklam resmi
Reklam resmi

İsrailin İrana endirdiyi zərbələr nəticəsində 600-dən çox insan HƏLAK OLDU

İsrailin İrana endirdiyi zərbələr nəticəsində 600-dən çox insan HƏLAK OLDU
Dünya

600-dən çox insan İsrailin İrana endirdiyi zərbələrin qurbanı olub.

Ajans.az xəbər verir ki, bundan başqa, İran Səhiyyə Nazirliyinin məlumatına görə, 5 minə yaxın yaralı var.

“Onların təxminən 95%-i dağıntılar altında ölüb, təxminən 5%-i yaralanıb və xəstəxanalarda dünyasını dəyişib”, - İslam Respublikasının Səhiyyə naziri Məhəmməd Rza Zəfərqandi bildirib.

Bir gün əvvəl İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurası İranın İsraillə münaqişədə qalib gəldiyini bəyan edərək, rəqibini məğlubiyyətini etiraf etməyə və təcavüzü birtərəfli qaydada dayandırmağa məcbur edib.

Bundan bir qədər əvvəl İsrail atəşkəs təklifini qəbul edib. Eyni zamanda, Benyamin Netanyahunun ofisi bəyan edib ki, yəhudi dövləti Amerika lideri Donald Trampla “tam koordinasiyada” hərəkət edərək, İrana qarşı hərbi əməliyyatda öz məqsədlərinə nail olub.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
İran İsrail Zərbələr Ölənlər

Digər Xəbərlər