Təyyarədə naməlum HADİSƏ - 2 sərnişin "sirli" infeksiyaya YOLUXDU
Moskvaya uçan iki sərnişində naməlum infeksiya aşkarlanıb.
Ajans.az xəbər verir ki, bu barədə “Aviaincident” adlı “Telegram” kanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, insident bazar ertəsi, iyunun 23-də baş verib. Rusiya aviaşirkətinin təyyarəsi Novosibirskdən Moskvaya uçurmuş. Uçuş zamanı iki sərnişin özünü pis hiss etməyə başlayıb - insanlar qusmağa və ishal keçirməyə başlayıblar.
İddialara görə, təyyarə insident barədə məlumat vermədən yoluna davam edib. Aviaşirkətdən və ya digər qurumlardan insidentin rəsmi təsdiqi yoxdur.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: