Reklam resmi
Reklam resmi

İran bomba yaratmağa MƏCBUR OLACAQ - KİV

İran bomba yaratmağa MƏCBUR OLACAQ - KİV
Dünya

ABŞ-nin nüvə obyektlərinə hücumu İranı nüvə proqramının beynəlxalq monitorinqini dayandırmağa və bomba hazırlamağı düşünməyə məcbur edə bilər.

Ajans.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Nəşrin məlumatına görə, Amerika tərəfinin bəyanatlarına baxmayaraq, proqram tam məhv edilməyib.

Avropa Xarici Əlaqələr Şurasının (ECFR) Yaxın Şərq və Şimali Afrika proqramının direktor müavini Elli Geranmaye, "ABŞ-yə hücumlar indi qaçılmazdır və ABŞ-nin zərbələrinin vurduğu zərərin miqyasını nəzərə alsaq, sürətli və çox səviyyəli olacaq" ifadələrini işlədib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranın bütün nüvə obyektlərinin məhv edildiyini açıqlamışdı. Onun sözlərinə görə, onlara böyük ziyan dəyib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
ABŞ İran Müharibə

Digər Xəbərlər