Tanınmış aparıcıdan BƏD XƏBƏR
Məşhur britaniyalı teleaparıcı Emma Uillis bildirib ki, həkimlər onun ürəyində dəlik aşkar ediblər.
Ajans.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Uillis 2025-ci ilin əvvəlində bədənində nadir rast gəlinən anomaliyadan xəbər tutduğunu söyləyib. Mart ayında o, dəliyi bağlamaq üçün xüsusi əməliyyat keçirib. "Onlar heç vaxt varlığından xəbərsiz olduğum bir dəliyi bağlamaq üçün xüsusi kiçik cihazdan istifadə etdilər. Mən bütün həyatım boyu buna sahib olmuşam, sadəcə bunu bilmirdim”, -deyə, o, bildirib.
Aparıcı əlavə edib ki, əməliyyat zamanı həkimlər dəliyin sağalmasına kömək etməli olan yumşaq metal məftil taxıblar.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: