ABŞ bombardmançısının İrana hücumu ifşa olundu - TƏFƏRRÜAT
Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbi rəsmiləri təxminən eyni vaxtda Missuridən Yaxın Şərqə iki qrup B-2 bombardmançıları göndərib.
Ajans.az xəbər verir ki, “The New York Times” ABŞ Hərbi Hava Qüvvələrinin təxribat manevrinin təfərrüatları barədə məlumat yayıb.
Bir qrup kommersiya peykləri tərəfindən izlənilə bilməsi üçün transponderləri ilə qərbə Quama doğru uçacaqdı. Yeddi bombardmançıdan ibarət ikinci qrup şərqdən İrana doğru uçacaqdı. Təyyarələr tamamilə bombalarla dolu idi və onların transponderləri söndürülüb. Bu, onların aşkar edilməməsinə imkan verib.
Bundan əvvəl məlum olub ki, iyunun 21-də ABŞ prezidenti Donald Tramp qolf oynayarkən İranı vurmaq qərarına gəlib. Xarici KİV-in məlumatına görə, Amerika lideri tezliklə Bedminsterdən Vaşinqtona uçub, Tramp və komandası əməliyyat otağında onlayn rejimdə əməliyyatın gedişini izləyib.
ABŞ Hərbi Hava Qüvvələrinin İrana zərbəsi bazar günü, iyunun 22-nə keçən gecə baş verib. Əsas hədəflər üç nüvə obyekti olub - Fordo, İsfahan və Natanz. Pentaqon əməliyyatın əsas məqsədini açıqlayıb.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.