Ajans.az “Mehr News”a istinadən xəbər verir ki, nümayişçilər aksiyaya "Nüvə enerjisi bizim haqqımızdır" yazılmış plakatlarla gəliblər.

Etirazçılar həmçinin İslam İnqilabının rəhbəri Ruhullah Xomeyninin və İsrailin hücumları zamanı öldürülmüş İran İslam İnqilabı Keşikçiləri korpusunun hərbçilərinin şəkillərini tutublar.