Reklam resmi
Reklam resmi

Ərdoğan İsraili dünyanın ən böyük düşməni ADLANDIRDI

Ərdoğan İsraili dünyanın ən böyük düşməni ADLANDIRDI
Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili Yaxın Şərqdə sülhün ən böyük düşməni adlandırıb.

Ajans.az xəbər verir ki, o, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirliklərinin rəhbərlərinin görüşündə deyib.

O qeyd edib ki, İsrailin İrana hücumları İslam Respublikasının nüvə proqramı ilə bağlı danışıqların başladığı bir vaxta təsadüf edib. "İsrailin Qəzza zolağında, Livanda, Yəməndə, İranda Suriyada həyata keçirdiyi hücumlar quldurluqdur. Netanyahu administrasiyası İrana hücum etməklə dünyanın ən böyük düşməni olduğunu göstərdi”, - deyə, Ərdoğan bildirib.

Ərdoğan böhranın yalnız iki ölkə arasında dialoq yolu ilə diplomatik yolla həll oluna biləcəyini də vurğulayıb və digər ölkələri İsrailə təzyiqləri artırmağa çağırıb.

Daha əvvəl bildirilmişdi ki, Ərdoğan TRT-də İsrailin Qəzza zolağındakı hərəkətlərini dəyərləndirib. Onun sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu “Hitlerdən də pis” hərəkət edir və İsrailin hərəkətlərini “soyqırım” adlandırıb.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Türkiyə Ərdoğan İsrail Açıqlama

Digər Xəbərlər