İsrail İranın elit qüvvələrinə zərbələr endirdi
İsrail İranın Xürrəmabad şəhərinə zərbə endirib, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, ölkənin elit hərbi birliyi) 5 üzvünü öldürüb.
Ajans.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
“İsrailin təcavüzü nəticəsində bu gün səhər saatlarında İran İslam İnqilabı Keşikçiləri Korpusunun 5 üzvü Lüristan əyalətinin Xorramabad şəhərində şəhid olub. Onlar Səccad Madhani, Həmid Ağai, Səməd Lorestani, Abbas Şərafi və Əlirza Sabzipurdur", - deyə agentlik məlumat yayıb.
Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-2 bombardmançılarının Missuri ştatındakı bazadan havaya qalxdığı məlum olub. Qeyd olunur ki, məhz bunlar İranın Fordo nüvə obyektinə zərbə endirmək üçün lazım olan təyyarələrdir.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: