Reklam resmi
Reklam resmi

Putin bəyanat YAYDI: "Kütləvi qırğın silahlarının..."

Putin bəyanat YAYDI: \"Kütləvi qırğın silahlarının...\"
Dünya

Moskva kütləvi qırğın silahlarının yayılmasına, o cümlədən onların İran tərəfindən alınmasına qarşıdır.

Ajans.az xəbər verir ki, bu bəyanatla Rusiya prezidenti Vladimir Putin çıxış edib.

Onun sözlərinə görə, İranın nüvə texnologiyasından dinc məqsədlər üçün istifadə etmək hüququ var və Rusiya dinc nüvə enerjisinin inkişafında ona dəstək verməyə hazırdır.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Tehran nüvə silahının olmaması ilə bağlı “istənilən” sazişi bağlamağa hazırdır, lakin dinc nüvə enerjisini inkişaf etdirmək hüququnun məhdudlaşdırılması ilə bağlı şərtləri qəbul etməyəcək. Nazirlik həmçinin qarşıdakı danışıqlarda “razılaşmaya yol açmağa” kömək edəcək “öz təklifini” təqdim etməyi planlaşdırdığını açıqlayıb.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Moskva Putin Bəyanat

Digər Xəbərlər