İran İnqilab Keşikçiləri: Tehranda İsrailə məxsus 2 PUA vuruldu
İranın paytaxtı Tehranda İsrailin hücumlarda istifadə etdiyi 2 pilotsuz uçuş aparatının (PUA) vurulduğu açıqlanıb.
Ajans.az xəbər verir ki, Mehr Xəbər Agentliyi İnqilab Keşikçiləri Komandanlığının verdiyi yazılı açıqlamanı yayıb.
Açıqlamaya görə, Tehranın cənubundakı Şehri Rey rayonunda kamikadze pilotsuz uçan aparat buraxılıb. Neft emalı zavodunun ərazisində mini PUA zərərsizləşdirilib.
Mövzular: