Reklam resmi
Reklam resmi

Rusiyalı iş adamı İrəvanda SAXLANILDI - ŞOK SƏBƏB

Rusiyalı iş adamı İrəvanda SAXLANILDI - ŞOK SƏBƏB
Dünya

Rusiyalı iş adamı və xeyriyyəçi Samvel Karapetyan İrəvanda saxlanılıb.

Ajans.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, onun avtomobilləri evinin önündən götürülüb.

Ermənistanın Daxili İşlər Nazirliyi isə həbs edilənlərlə bağlı məlumat versə də, Karapetyanın da onların arasında olub-olmadığına aydınlıq gətirilməyib.

Qeyd edək ki, hər şey iş adamı Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxdıqdan sonra başlayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan da yaşananlara sosial şəbəkə hesabında münasibət bildirib:

“Bura sizin üçün Kaluqanın Nijniy Tapr kəndi yox, Ermənistandır. Ümid edirəm ki, dövlətin dadı damağınızda qalacaq”.

Xəbərə görə, deputat Artur Hovhannisyan Ermənistan Milli Assambleyasında bildirib:

“Samvel Karapetyan, biz sizin məsələ ilə məşğul olacağıq”.

Bu ifadədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Karapetyanın evinə daxil olaraq onu saxlayıblar.

Qeyd edilir ki, hazırda biznesmenin Ulnetsi küçəsindəki mənzilində axtarış aparılır.

Ermənistan Daxili İşlər Nazirliyi Samvel Karapetyanın saxlanılmasını təsdiqləyib. DİN-in mətbuat katibi Narek Sarqsyan bildirib ki, Karapetyan İrəvanda tutulub.

Mövzular:
İrəvan rus iş adamı xeyriyyəçi saxlanılmaq

Digər Xəbərlər