Reklam resmi
Reklam resmi

Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu - VİDEO

Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu - VİDEO
Cəmiyyət

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 46 yaşlı Kamandar İbrahimov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ajans.az-a bildirilib ki, onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi 29 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini və qazanc əldə etmək məqsədilə əkdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb,  K.İbrahimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mövzular:
çətənə kolu Kamandar İbrahimov həbs narkotik tərkibli bitkilər

Digər Xəbərlər