Reklam resmi
Reklam resmi

İran nüvə obyektlərində monitorinqləri DAYANDIRA BİLƏR

İran nüvə obyektlərində monitorinqləri DAYANDIRA BİLƏR
Dünya

İran nüvə silahının yayılmaması ilə bağlı razılaşma çərçivəsində zəmanət müqavilələri ilə əhatə olunmayan obyektlərdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) monitorinqini dayandıra bilər.

Ajans.az xəbər verir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi deyib.

“Zəmanətlər haqqında saziş çərçivəsindən kənara çıxan bütün monitorinqlər dayandırılmalıdır”, - o, dövlət televiziyasında deyib.

Əzizinin sözlərinə görə, komissiya üzvləri İran rəsmilərinə məktub hazırlayıblar və orada nüvə obyektlərində AEBA yoxlamalarının məhdudlaşdırılmasının vacibliyini vurğulayıblar.

Mövzular:
İran Nüvə silahı AEBA

Digər Xəbərlər