Reklam resmi
Reklam resmi

İran-ABŞ danışıqları LƏĞV EDİLDİ

İran-ABŞ danışıqları LƏĞV EDİLDİ
Dünya

Maskatda keçirilməsi planlaşdırılan Tehran-Vaşinqton danışıqları ləğv edilib.

Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə əsas diqqət düşmənin hücumlarına qarşı dayanmaqdır.

Bəqai bildirib ki, diplomatiya və sülh çağırışlarına baxmayaraq, ABŞ “sionist rejimin” təcavüzünü, o cümlədən İranın dinc nüvə obyektlərinə edilən hücumları dəstəkləyir.

Qeyd edib ki, İran xalqına qarşı hücum dayanana qədər, təcavüzkarın ən böyük dəstəkçisi ilə dialoqa girmək mənasızdır.

Mövzular:
Tehran-Vaşinqton İran XİN

Digər Xəbərlər