Reklam resmi
Reklam resmi

Tanınmış rejissor AZƏRBAYCANA TƏXLİYƏ EDİLDİ

Tanınmış rejissor AZƏRBAYCANA TƏXLİYƏ EDİLDİ
Dünya

Rejissor Fyodor Bondarçuk və çəkiliş qrupu şənbə günü, iyunun 14-nə keçən gecə Azərbaycan üzərindən İrandan təxliyə edilib.

Ajans.az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiyanın Bakıdakı səfirliyinin mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb.

“İrandan Azərbaycana təxliyə edilən 14 nəfər arasında rejissor Fyodor Bondarçuk və onun çəkiliş qrupu da var”, - diplomatlar bildiriblər.

Rusiya səfirliyi bəyan edib ki, təxliyyə “nəqliyyat, oteldə yerləşmə və vətənə qayıtmaqda köməklik göstərən” Azərbaycan rəhbərliyinin dəstəyi ilə həyata keçirilir.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Fyodor Bondarçuk Çəkiliş qrupu Təxliyə Azərbaycan

Digər Xəbərlər