Reklam resmi
Reklam resmi

İsrail İranın Natanzdakı nüvə obyektini YENİDƏN VURDU

İsrail İranın Natanzdakı nüvə obyektini YENİDƏN VURDU
Dünya

İranın dövlət televiziyası olan IRIB öz “Telegram” kanalında bildirib ki, İsrail İranın Natanzdakı nüvə obyektini yenidən vurub.

Ajans.az xəbər verir ki, bəyanatda deyilir: 

“Bir neçə dəqiqə əvvəl sionist rejim Təbriz və Şiraz şəhərlərinin ərazisinə, eləcə də Natanzdakı nüvə obyektinə zərbələr endirərək yeni hücumlar və təcavüzlər həyata keçirib”.

İyunun 13-də İsrail İranın nüvə obyektinin tamamilə məhv edildiyini bildirib. KİV-in məlumatına görə, hücum İrandakı bir sıra hədəflərin, o cümlədən nüvə obyektlərinin və raket obyektlərinin bombalanmasından da ibarətdir.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
İran İsrail Nüvə obyekti Zərbə

Digər Xəbərlər