İsrailin İrana hücumunda bu qədər ADAM YARALANDI
İsrailin Tehrana hücumu nəticəsində azı 50 nəfər yaralanıb, onlardan 35-i qadın və uşaqlardır.
Ajans.az xəbər verir ki, bu barədə “RİA Novosti” İran dövlət televiziyasına istinadən məlumat yayıb.
“İsrail rejiminin hücumu nəticəsində ən azı 35-i qadın və uşaq olmaqla 50-yə yaxın qurban xəstəxanaya aparılıb”, - deyə aparıcı canlı efirdə vurğulayıb.
Bundan əvvəl İsrail ordusunun hücumları nəticəsində insanların həlak olduğu bildirilirdi.
Məlum olub ki, İsrail qüvvələri indiyədək İrana beş zərbə dalğası verib.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: