Ana ruh çıxarma zamanı 4 yaşlı qızını öldürdü
Ukraynanın İvano-Frankivsk vilayətində qadın ruhların çıxarılması mərasimi zamanı azyaşlı qızını öldürüb.
Ajans.az xəbər verir ki, hadisə Kaluş şəhərində baş verib.
Yoxlama zamanı polis əməkdaşları 4 yaşlı qız meyitini aşkar ediblər. Mərhumun anası hadisə yerində olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilkin istintaq-əməliyyat tədbirləri həyata keçirib. 32 yaşlı ananın öz övladını qəsdən öldürdüyünü sübut edən faktlar üzə çıxıb. Yerli KİV-in məlumatına görə, qadın uşağa ruh çıxarma əməliyyatı edib və prosesi videoya çəkib.Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.
Mövzular: